Lukaşenko hakimiyyətdən üz döndərən sənətçiləri “xəyanətkar” adlandırdı - VİDEO

Hazırda oxunan: Lukaşenko hakimiyyətdən üz döndərən sənətçiləri “xəyanətkar” adlandırdı - VİDEO

36964

Belarus Prezidenti Aleksandr Lukaşenko kütləvi müxalifətin etirazları zamanı Belarus hakimiyyəti ilə əvvəlki əməkdaşlığından imtina edən sənətçiləri qorxaq və vətən xainləri adlandıraraq, aralarında "böyük" rus sənətçilərinin də olduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BelTA agentliyi yayıb.

"Rəssamlar, jurnalistlər, digər yaradıcı peşə sahibləri, heykəltəraşlar üçün il asan keçmədi, hər şeydən əvvəl onlar göz önündə idi ... bütün hücumlar (hakimiyyətin əleyhdarları tərəfindən) onlara tərəf yönəldi. Bəziləri dözə bildi.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenkodan sərt mesajlar: “Biz diz çökməyəcəyik” – ANBAAN VİDEO


Hər şeydən əvvəl Rusiya və Belarusda ayaq üstə dayanan, konsertlər istəyən, mükafatlar alan və quyruğu qapı arasında qalanda qorxaqcasına kömək uman bir neçə ad deyə bilərəm.

Onlar qaçdılar və gizləndilər”. Lukaşenko çərşənbə axşamı günü müxtəlif sahələrin görkəmli simalarına dövlət mükafatlarının təqdim edilməsi mərasimində belə deyib.

Onun sözləri Belarusun dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Lukaşenkoya görə, "bunlar yaradıcı insanlar deyil, qorxaq və xəyanətkardır".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin