İspaniya Əfqanıstana 20 milyon avro humanitar yardım ayırdı

Hazırda oxunan: İspaniya Əfqanıstana 20 milyon avro humanitar yardım ayırdı

36936

Əfqanıstanın bərpası üçün vəsait toplamaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə təşkil etdiyi donorlar görüşündən sonra 1,1 milyard dollardan çox (təxminən 930 milyon avro) vəsait yığılıb.

Bizim.Media xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, əfqanlar tam iqtisadi iflas təhlükəsi qarşısındadırlar və bu ayın sonunda ölkənin ərzaq ehtiyatı tükənə bilər.

Dünya Ərzaq Proqramı Əfqanıstanda 14 milyon insanın kəskin aclıqla üzləşməsi barədə xəbərdarlıq edib.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstana molla rəhbərlik edəcək – AD AÇIQLANDI


BMT-nin hesablamalarına görə, Əfqanıstanda humanitar vəziyyətin daha da pisləşməməsi üçün təkcə bu il təqribən 606 milyon dollar (513 milyon avro) tələb olunur.

Gələn il ərzində beş yaşadək uşaqların təxminən 50 faizinin yarıac-yarıtox yaşayacağı gözlənilir. Bu səbəbdən vəsaitin üçdəbiri ərzaq proqramlarına sərf olunacaq.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares donorların virtual görüşündə bildirib ki, İspaniya Əfqanıstana humanitar yardım kimi 20 milyon avro, o cümlədən bu il azı 7 milyon avro ayıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin