Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-ci il üçün gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 20 min barel artıraraq 750 min barel səviyyəsinə çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun sentyabr ayı üçün açıqladığı hesabatında deyilir.
Məlumata görə, 2022-ci ildə isə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 70 min barel artaraq 820 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Bildirilir ki, iyul ayında Azərbaycanın maye karbohidrogen istehsalı gündəlik 40 min barel artaraq orta hesabla gündəlik 730 min barelə yüksəlib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 min barel azdır. Hesabatda deyilir ki, bu dövr ərzində Azərbaycanda orta gündəlik neft hasilatı 608 min barel səviyyəsində olub ki, bu da illik müqayisədə 50 min barel azdır.
Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yataqlarında təbii qaz və kondensatın gündəlik orta hasilatı dəyişməyərək 122 min barel səviyyəsində saxlanılıb.
Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barrelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.
Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barrel artırılaraq 640 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 780 min barrel həcmində olmasını nəzərdə tutur.
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barel artırılması barədə əldə edilmiş razılığa Azərbaycan da öz dəstəyini ifadə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:18 / 13.09.2021
OPEC-dən Azərbaycanda neft hasilatı üzrə PROQNOZ
Hazırda oxunan: OPEC-dən Azərbaycanda neft hasilatı üzrə PROQNOZ
Hazırda oxunan: OPEC-dən Azərbaycanda neft hasilatı üzrə PROQNOZ
36767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.