Fransa Rusiya ilə müharibə vəziyyətində olarsa, sürətli məğlubiyyətlə üzləşəcək.
Bizim.Media lenta.ru-ya istinadən yazır ki, Amerikanın RAND analitik mərkəzinin mütəxəssisləri bu qənaətə gəliblər.
Beşinci Respublika silahlı qüvvələrinin Rusiya ilə uzun müddətli qarşıdurma üçün kifayət qədər canlı qüvvə və sursat ehtiyatına malik olmadığı iddia edilir. Fransız ordusunun üstünlüklərinə müasir silahlar, yaxşı təlim keçmiş xüsusi təyinatlı bölmələr, həmçinin nüvə silahlarının olması deyilirdi.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Rusiya ilə birgə hərbi təlimlərə başlayıb – “QƏRB-2021”
RAND hesab edir ki, ABŞ vaxtında Parisin köməyinə gələ bilsə, hadisələr Fransanın xeyrinə dəyişəcək.
Bir çox Avropa dövlətinin siyasətçiləri və hərbçiləri Rusiya ilə müharibədən danışırlar.
Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Martin Herem sentyabrın 10-da deyib ki, Rusiya yaxın zamanlarda respublikaya hücum edəcək.
Onun sözlərinə görə, belə bir hücum "hibrid müharibənin digər elementləri ilə müşayiət olunacaq”.
Bizim.Media