Nyu-Yorkda 11 sentyabr terror aktının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bizim.Media xəbər verir ki, ABŞ-da 3 minə yaxın insanın həyatına son qoyan 11 sentyabr aktının 20-ci ildönümündə hər il olduğu kimi dəhşətli faciənin qurbanlarının xatirəsi son məkanlarında “Sıfır Nöqtəsi” adı verilən qanlı faciənin yaşandığı ərazidə anılıb.
Anım mərasimi ilə əlaqədar Nyu-York şəhərində bayraqlar yarıya endirilib.
Terror hücumu ilə dağıdılmış Əkiz Qüllələrin yerində ucaldılan 11 Sentyabr Milli Abidəsi və Muzeyinin qurulduğu bölgə terror qurbanlarının ailələri üçün ziyarətə açıq olub.
Mərasimdə faciədə yaxınlarını itirən ailələrlə yanaşı, ABŞ Prezidenti Co Bayden, xanımı Jill Biden, sabiq prezidentlər Barack Obama və Bill Klinton da iştirak ediblər.
Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-da ələ keçirdikləri 4 sərnişin təyyarəsinin ikisini Nyu-Yorkda o vaxt üçün ən hündür tikili olan “World Trade Center”in binalarına, digərini isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpıblar.
Dördüncü təyyarə isə Pensilvaniya ştatı üzərində qəzaya uğrayıb. Terror hücumları nəticəsində 2 977 nəfər həyatını itirib.
Bizim.Media