Venesuela ilə sərhəddə "Milli Qurtuluş Ordusu" solçu üsyançı qruplaşmasının hücumu nəticəsində 5 Kolumbiya əsgəri həlak olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücum zamanı daha 6 əsgər yaralanıb. Kolumbiya Prezidenti İvan Duke bildirib ki, hücum Venesuela ərazisindən planlaşdırılıb.
Bundan əvvəl rəsmi Boqota Karakası kolumbiyalı üsyançılara dəstək verməkdə günahlandırmışdı.
Bizim.Media