SÜBUTA YETİRİLDİ: ABŞ Rusiya seçkilərinə müdaxilə edibmiş

Hazırda oxunan: SÜBUTA YETİRİLDİ: ABŞ Rusiya seçkilərinə müdaxilə edibmiş

36537

“ABŞ-ın Rusiyadakı seçki prosesinə müdaxiləsi sübuta yetirilib”.  

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova "Soloviev Live" YouTube kanalının efirində deyib. 

Rusiyalı diplomat ABŞ səfirinin hansı səbəblə XİN-ə çağrıldığına da aydınlıq gətirib: 

 “ABŞ -ın Rusiyadakı səfiri Con Sullivan, Rusiya Federasiyasının daxili işlərinə, yəni seçkilərə müdaxilə etdiyi üçün cümə günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfi konkret faktlardan istifadə edərək vəziyyəti Amerikalıya təqdim edib.


Həmin dəlillər Amerika Birləşmiş Ştatları ərazisindən Amerika İnternet inhisarçılarına məxsus olan və idarə olunan İnternet platformalarının istifadəsi ilə Rusiyadakı daxili proseslərə açıq şəkildə müdaxilə aktlarının olduğunu sübut edir”.  
 
Zaxarova Vaşinqtondan hələ də heç bir açıqlama, şərh və ya reaksiyanın olmadığını sözlərinə əlavə edib. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin