“ABŞ -da 11 sentyabr 2001-ci ildə baş verən terror hücumlarından sonra Qərb Əfqanıstanda nail olmaq istədiyi bütün məqsədlərə çata bilmədi”.
Bizim.Media Avropa mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.
Merkel, xüsusilə qadın hüquqlarının qorunması ilə əlaqədar bir sıra məsələlərdə “Taliban” hərəkatı ilə razılaşma əldə etməyin çətin olacağını da qeyd edib:
“Bu anadək təhlükəsizliyimizi təhdid edən terroru məğlub edə bildiyimizi, amma istədiyimiz bütün məqsədlərə çatmadığımızı dərk etməliydik”.
Bizim.Media