Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib.
Bizim.Media ABF-ə istinadən xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurum rəhbərləri, məşqçilər və bir sıra idmançılar iştirak edib.
Qurumun vitse-prezidenti Sülyman Mikayılov Lorenzo Sotomayor haqqında bunları deyib:
“Yalnız Rio olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor yaxşı işləmədi. Bunu da hamı gördü”.
Vitse-prezident boksda Azərbaycanın Olimpiya tarixinin ən yüksək əyarlı medalçısı, Rio-2016-nın finalçısı olan Sotomayorun artıq milli yığmada çıxışını başa vurduğunu da açıqlayıb.
O qeyd edib ki, Avropa Oyunlarında da 2 dəfə fəxri kürsüyə yüksələn 36 yaşlı idmançı artıq karyerasını başa vurub.
Bizim.Media