Hulusi Akardan sərt XƏBƏRDARLIQ: “Rusiyanın müqavilələrə əməl etməsini gözləyirik”

Hazırda oxunan: Hulusi Akardan sərt XƏBƏRDARLIQ: “Rusiyanın müqavilələrə əməl etməsini gözləyirik”

0:00
0:00
36516

“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik.” 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər veir ki, bunu Hatayda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. 
 
H.Akar İdlibə hücum nəticəsində Türkiyə ordusunun həlak olan iki əsgəri ilə bağlı da mövqeyini bildirib:

“Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular. Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq”. 


Qeyd edək ki, bu gün H.Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi General Yaşar Güler və Quru Qoşunları Komandanı General Musa Avseverlə birgə Hataya gedərək Suriya ilə sərhəd xəttindəki birlik komandirləri ilə görüş keçirib. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin