Fransada hökumətin pandemiya əleyhinə gördüyü tədbirlərə qarşı etiraz aksiyaları davam edir.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, avqustun ortalarından güclənən etirazlar sentyabrın 11-də daha da gərgin hal alıb.
Belə ki, əksər obyektlərdə peyvənd pasportunun məcburiləşdirilməsinə qarşı etiraz edən nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.
Buna səbəb isə, etirazçıların polisə şüşə və fişəng atması olub. Qeyd edək ki, avqustun 9-dan etibarən Fransada peyvənd pasportu olmayan şəxslərin əksər iaşə obyektlərinə girişinə qadağa qoyulub.
Bizim.Media