Bülənt Arınc Ərdoğanı hədələdi...

Hazırda oxunan: Bülənt Arınc Ərdoğanı hədələdi...

36491

Moderator.az xəbər verir ki, dünən Türkiyə xalqını şok edən hadisə yaşanıb. Baş nazirin müavini və hökumət sözcüsü vəzifəsini yerinə yetirən Bülənt Arıncın Tayyib Ərdoğanı kəskin şəkildə tənqid etməsi AKP iqtidarının parçalanma ərəfəsində olduğu təsəvvürü formalaşdırıb. Qeyd edək ki, Bülənt Arıncın bir məsələylə bağlı verdiyi açıqlamanı Ərdoğanın təkzib etməsi iplərin gərilməsinə səbəb olub. Hökumət sözcüsü bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirərək Baş nazirə özünün sadəcə bir iqtidar mənsubu olmadığını, hakimiyyət üçün çox mənalar ifadə etdiyini xatırladıb, arxasında böyük qüvvənin dayandığını vurğulayaraq lazım gələrsə vəzifəsindən istefa edə biləcəyinə ehyam vurub. Bülənt Arıncın bu qədər iddialı çıxışı əlbəttə səbəbsiz deyil. AKP-nın təsisçilərindən olan bu siyasətçi həm də Fəthullah Gülən camaatına yaxın şəxs kimi tanınır və indiki iqtidarın qələbəsində həmin dini qrupun ciddi dəstəyi həlledici rol oynayıb. Nur camaatının AKP hakimiyyətində oynadığı rolun əhəmiyyətini Bülənt Arıncın kanal 24-ə verdiyi bu açıqlamalar tam mənasıyla ortaya qoyur.

 

Maraqlıdır ki, Ərdoğanın Bülənt Arınca cavabı da özünü çox gözlətməyib. Varşavada səfərdə olan Ərdoğan jurnalistlərin məsələylə bağlı sualına cavab verərkən bildirib ki, “mən həm baş nazir, həm də bir partiyanın sədriyəm. Üzərimə düşən hər vəzifəni yerinə yetirməkdən, atmağım gərəkli hər addımı atmaqdan çəkinmərəm.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin