Türkiyənin Antalya şəhərində yeni meşə yanğını ocağı yaranıb.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə şəhərin Manavqat rayonunda qeydə alınıb.
Bildirilib ki, güclü külək yanğının böyüməsinə səbəb olub. Havadan və qurudan yanğınsöndürmə tədbirlərinə başlanıb.
Hazırda yanğının nəzarət altına alınması üçün fəaliyyət davam etdiriliir.
Qeyd edək ki, sözügedən bölgə iyul ayında baş verən yanğınların da əsas ocaqlarından biri idi.
Bizim.Media