Düz 20 il əvvəl, 2001-ci ilin sentyabrın 11-də "Əl-Qaidə" terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisəsi törədib.
Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsinin ələ keçirən "Əl-Qaidə" terror təşkilatının üzvləri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə hücum ediblər.
Onlar sərnişin dolu təyyarəni mərkəzin Şimal qülləsinə çırpıblar. Saat 09:03 radələrində isə terrorçular ələ keçirdikləri ikinci təyyarə ilə Cənub qülləsinə hücum ediblər.
Nəticədə bir neçə saatdan sonra mərkəz çöküb. Hadisə 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.
Terror hadisələri haqqında müxtəlif versiyalar dolaşsa da 11 sentyabr demək olar ki, bütün dünya düzənini dəyişib və bir çox məsələlərə başqa rakursdan baxmağa vadar edib.
11 sentyabrdan sonra hava məkanı necə dəyişdi?... Rusiyalı ekspert Oleq Panteleyevin məsələ ilə bağlı öz mülahizələri var.
Onun fikrincə...
Qısa müddət ərzində...
- Şimali Amerikada avia uçuşların ciddi azalması baş verdi və bu vəziyyət aviatexnikanın satışlarına da ciddi təsir etdi.
-İnsanların həyacanlı əhvallarına görə, dünyada aviabelətlərə tələbat azaldı.
ABŞ şirkətlərinin çoxu iflas etmək məcburiyyətində qaldı. Şirkətlərin birləşmə və satınalma prosesləri sürətləndi.
Sonra isə bunlar baş verdi...
-Əvvəlcə ABŞ -da, sonra isə bütün dünyada aviasiya təhlükəsizliyi tələbləri sərtləşdirildi.
-Uçuş zamanı təyyarə heyətinin qapılarının açıq olduğu günlər geridə qaldı: O gündən sonra təyyarələrdə dağıdıla bilməyən zirehli qapılar dövriyyə girdi.
- Uçuşdan əvvəl sənədləşdirmə tələbləri kökündən dəyişdirildi – qaydalar sərtləşdirildi, yoxlama vaxtı uzadıldı.
- Təyyarədə mayelərin daşınmasına məhdudiyyət qoyuldu və qalın altlıqlı ayaqqabıların yoxlanılması üçün tələblər ortaya qoyuldu.
Vüsalə Balayeva, Bizim.Media