Nyu-Yorkun yeni meri demokrat Bill de Blazio seçilib

Hazırda oxunan: Nyu-Yorkun yeni meri demokrat Bill de Blazio seçilib

36340
Nyu-Yorkun meri vəzifəsinə keçirilən seçkilərdə demokrat Bill de Blazio qalib gəlib. Moderator.az-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, o 1989-cu ildən bu vaxtadək  şəhərin meri vəzifəsinə seçilmiş ilk demokrat olacaq.
 
İlkin məlumata görə, 52 yaşlı Bill de Blazio rəqibi ”“ respublikaçı Co Lotdan 40 faiz çox səs toplayıb. Nyu-Yorkun hazırkı meri Maykl Blumberq 3 dəfə bu vəzifəyə seçilib.
 
Qeyd edək ki, ötən gün ABŞ-ın bir neçə böyük şəhər və ştatlarında seçkilər keçirilib.
 
Nyu-Cersi ştatının qubernatoru vəzifəsinə yenidən respublikaçı Kris Kristi seçilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin