Dünyaca məşhur aktyor Jan-Pol Belmondo ilə Parisdə vida mərasimi keçirilib. Mərasimdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib.
Bizim.Media xəbər verir ki, aktyor sentyabrın 6-da 88 yaşında dünyasını dəyişib. Ailə üzvlərinin, aktyorun həmkarları və hökumət nümayəndələrinin qatıldığı vidada Makron çıxış edib.
O, Belmondonu ekranda minlərlə həyat yaşamış qəhrəman adlandırıb. Prezidentin çıxışından sonra Fransanın dövlət himni çalınıb.
Qeyd edək ki, Belmondo 9 aprel 1933-cü ildə Fransada anadan olub.
Bizim.Media