“Yaxın gələcəkdə dollar digər valyutalara qarşı möhkəmlənə bilər”
Bizim.Media xəbər verir ki, “Bloomberg” bu proqnozla çıxış edib.
Belə ki, dolların möhkəmlənməsinə məhdud valyuta tədarükü, iqtisadi artım və faiz dərəcələrinin onun lehinə keçid şərait yaradacaq.
Dolların möhkəmlənməsi digər dünya valyutalarına zərbə vuracaq. İlk növbədə, avro zəifləyəcək. Eyni zamanda inkişaf etməkdə olan valyutalar da çətin vəziyyətə düşəcək.
Xüsusilə də Cənubi Afrika valyutası və türk lirəsinin məzənnəsinin xeyli aşağı düşəcəyi proqnozlaşdırılır.
Bizim.Media