Bu ilin oktyabrında Türkiyənin yerli vaksini olan TURKOVAC-ın kütləvi istehsalına başlanıla bilər.
Bizim.Media "HaberGlobal"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yerli vaksinin istifadəsi təsdiq mərhələsindədir:
"Əgər təsdiqlənərsə, oktyabrda kütləvi istehsalına başlayacağıq".
Bizim.Media