Rusiya XİN-dən növbəti qərəzli açıqlama - TƏFƏRRÜATLAR 

Hazırda oxunan: Rusiya XİN-dən növbəti qərəzli açıqlama - TƏFƏRRÜATLAR 

36268

“Moskva Bakı və İrəvan arasında sülh müqaviləsi ilə bağlı danışıqları diqqətlə izləyir” 
 
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Bundan əlavə, Rusiya XİN-in sözçüsü keçmiş münaqişə tərəfləri arasında siyasi mövzularda əsas fikir ayrılıqlarının hələ də davam etdiyini təəssüflə bildirib.Lakin Zaxarova sülh prosesi ilə bağlı danışarkən beynəlxalq hüquqa zidd fikirlər səsləndirərək “Dağlıq Qarabağın statusu” məsələsinin həll olunmasının vacibliyini də qeyd edib.

Xatırladaq ki, Rusiya rəsmiləri daha əvvəl də adı tarixə qarışmış qondarma qurumla bağlı məsələlərə öz çıxışlarında yer veriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin