“Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə əhəmiyyətli pozuntular qeydə alınmır”
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxaorva deyib.
Belə ki, sülhməramlılar, Zaxarovanın fikrincə, tərəflərin təmas xətti ilə Laçın dəhlizi boyunca sabitliyi etibarlı şəkildə təmin edirlər.
"Rus sülhməramlılarının məsuliyyət zonasında ciddi pozuntular yoxdur. Bu həm Bakıda, həm də İrəvanda təsdiqlənir. Son aylarda silahlı insidentlərin baş verdiyi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı qiymətləndirmələrimizi paylaşırıq", - deyə Zaxarova bildirib.
Bundan əlavə Rusiya XİN-in Mətbuat Katibi 10 noyabr bəyanatının 300 gün keçməsi məsələsinə də toxunub.
Bundan sonra jurnalistlərdə biri Zaxarovaya “Nə üçün məhz 300 gün?” - sualını ünvanlayıb. Nazirlik sözcüsü isə buna cavab olaraq Azərbaycan XİN-in məhz bu tarixi qeyd etdiyini açıqlayıb.
Bizim.Media