Gürcüstanın Poti şəhərində Rusiya dövlət bayraqları yandırılıb

Hazırda oxunan: Gürcüstanın Poti şəhərində Rusiya dövlət bayraqları yandırılıb

36256
Gürcüstanın Poti şəhərində Rusiya dövlət bayraqları yandırılıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bununla da yerli sakinlər sosial şəbəkələrdə şəhərin mərkəzində Rusiya bayrağının asılmasına qarşı etiraz aksiyasına dəstək veriblər.
 Qeyd edək ki, Rusiya bayraqları “Fazisoba 2013” beynəlxalq musiqi festivalı iştirakçısı olan ölkələrin bayraqları ilə yanaşı asılıb. Poti meri David Sarsaniya isə Rusiyanın festivala ümumiyyətlə dəvət olunmadığını bəyan edib. O bildirib ki, Rusiya bayraqlarının yandırıldığı haqda məlumat alan kimi şəhərin müxtəlif yerlərində asılmış digər ölkələrin bayraqlarının endirilməsinə dair göstəriş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin