Valensiya, Alikante və Lissabon ekspatların yaşaması üçün ən yaxşı şəhərlər seçilib.
Bizim.Media RİA “Novosti”yə istinadən xəbər verir ki, müvafiq məlumat “Expat Insider 2020”nin illik hesabatında yer alıb.
Tədqiqat müəllifləri 171 milləti təmsil edən və 181 ölkədə yaşayan 15 mindən çox insan arasında sorğu aparıblar. Respondentlər 66 şəhəri əsas göstəricilər üzrə qiymətləndiriblər: həyat keyfiyyəti, maliyyə, mənzil, şəhər və iş həyatı.
Valensiya, həyat keyfiyyəti və dəyəri baxımından ən yaxşı şəhər seçilib. Sorğuda iştirak edənlərin 90 faizi oradakı yaşayışlarını müsbət qiymətləndirib.
Liderlər siyahısına Panama-Siti, Sinqapur, Malaqa, Buenos-Ayres, Kuala-Lumpur, Madrid və Abu Dabi də daxildir.
Qeyd edək ki, ekspat, ölkələrindən kənarda yaşayan və işləyən xarici mütəxəssislər anlamına gəlir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:11 / 27.11.2020
Xaricilər ən yaxşı şəhərləri seçdi - FOTO
Hazırda oxunan: Xaricilər ən yaxşı şəhərləri seçdi - FOTO
Hazırda oxunan: Xaricilər ən yaxşı şəhərləri seçdi - FOTO
3622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.