Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 4:0 hesabı ilə meydan sahiblərinin qələbə qazandığı matçdan sonra ev sahibi komandanın futbolçusu Olcan və "Sivasspor"lu Bilika arasında dava düşüb. Bilika Olcana hücum çəkərək, əliylə üzünü dartıb.
Daha sonra Bilika barmağını Olcanın gözünə “soxub”. Futbolçuların araya girməsiylə gərginliyin qarşısı alınıb.

































































































