Ukrayna bu halda NATO-ya qoşulacaq – GENERALDAN AÇIQLAMA 

Hazırda oxunan: Ukrayna bu halda NATO-ya qoşulacaq – GENERALDAN AÇIQLAMA 

35834

Rusiya ilə baş verə biləcək münaqişədə Kiyevin qələbəsi Ukraynanın AB və NATO-ya qoşulması ilə nəticələnəcək. 

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıy deyib. 

"Avropa sivilizasiya seçimimiz və ümumi təhlükəsizliyimiz üçün çox yüksək bədəl ödəyirik. Ölkəmizin ən yaxşı kişi və qadınları rus təcavüzünə qarşı mübarizədə canlarını və sağlamlıqlarını qurban verdi, minlərlə dinc sakin öldü və yaralandı, milyonlarla insan evlərini itirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Ukrayna arasında yeni ANLAŞMA imzalandı


Bu müharibə təkcə bizim şərtlərimizə uyğun sülhlə yekunlaşmayacaq, eyni zamanda Aİ və NATO-ya üzvlüyümüz dövlətimizə qarşı növbəti təcavüz cəhdlərini də qeyri-mümkün edəcək, yaxud da əhəmiyyətli dərəcədə azaldacaq", - deyə Zalujni bildirib. 

Qeyd edək ki, 2014-cü ildə Ukraynanın şərqində başlayan münaqişə Kiyevlə Moskva arasında bu günə qədər öz həllini tapmayan problemlərin meydana çıxması ilə nəticələnib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin