Eks baş nazirdən qalmaqallı açıqlama: “İslamçılıq bütün dünya üçün əsas təhlükədir”

Hazırda oxunan: Eks baş nazirdən qalmaqallı açıqlama: “İslamçılıq bütün dünya üçün əsas təhlükədir”

35830

İngiltərənin keçmiş baş naziri Toni Bleir İslamçılığı Qərb ölkələri və bütövlükdə dünya ictimaiyyəti üçün əsas təhlükə hesab edir.  

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, eks baş nazir bunu Birləşmiş Krallığın Təhlükəsizlik və Müdafiə Araşdırmaları İnstitutunda (RUSI) çıxış edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İngiltərə Şərqə yenidən qayıdır – Rusiyanın reaksiyası NECƏ OLACAQ? 


"Həm ideologiya şəklində, həm də şiddət şəklində islamçılıq təhlükəsizliyimiz üçün birinci dərəcəli təhdiddir. 11 sentyabr 2001-ci il hücumlarının göstərdiyi kimi, məhdudiyyət olmadığı təqdirdə, bu təhlükə diqqət mərkəzində olarsa, o, bizi üstələyəcək", - deyən Bleir, İslamı məhv olan kommunizm sisteminə bənzədib. 

Bleir, eyni zamanda təkcə Qərb ölkələrinin yox, Rusiya və Çinin də islamçılıqla mübarizədə maraqlı olduğunu bildirib. 

Eks hökumət başçısı radikal islamçılıqla yalnız sərt formada mübarizə aparmağın fayda gətirəcəyinə inandığını da sözlərinə əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin