Çin Ermənistanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarıdır.
Bizim.Media “armeniasputnik.am”-a istinadən xəbər verir ki, bu sözləri Çinin İrəvandakı səfiri Fan Yun, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdə deyib.
Bundan əlavə, çinli diplomat Pekinin ATƏT -in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli səylərini dəstəklədiyini də sözlərinə əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
Çindən ABŞ-a sərt xəbərdarlıq: “Dərhal blokadaları qaldırın...”
Görüşdə Mirzoyan tərəfindən Azərbaycan və Ermənistan sərhədindəki mövcud vəziyyət çinli səfirə nümayiş olunduqda isə, o, rəsmi Pekinin Ermənistanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirib.
Dialoq zamanı tərəflər ikitərəfli münasibətlərə də toxunub, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün tədbirlər görməyə hazır olduqlarını qeyd ediblər. Müzakirələrdə xüsusilə,
Avrasiya İqtisadi Birliyi ilə Çinin "Bir Kəmər, Bir Yol" layihəsi arasında birləşmə perspektivlərindən söz açılıb.
Mirzoyan səfirə, Çin tərəfinin Ermənistanda koronavirusla mübarizədə göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Bizim.Media