Kazan şəhərində XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı açılıb.
Bizim.Media “Tatar İnform”a istinadən xəbər verir ki, tədbirin açılışında iştirak edən kino sənəti nümayəndələri arasında rejissorlardan Eldar Yağafarov (Tatarıstan), Rahul Aicaz (Pakistan), Daniel Quliyev (Azərbaycan), aktyorlardan Əli Burak Ceylan, Aleksandr Nosik, Tatyana Abramova, Yevgeniya Rozanova iştirak ediblər.
Bütövlükdə 100-dək film göstəriləcəyi festivalın proqramına tammetrajlı oyun filmləri, tammetrajlı sənədli filmlər, qısametrajlı oyun filmləri, qısametrajlı sənədli filmlər, eləcə də Tatarıstan rejissorlarının filmlərinin nümayiş olunduğu "Milli Müsabiqə" daxildir.
Festival sentyabrın 10-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:59 / 06.09.2021
Kazanda müsəlman filmləri festivalı açıldı
Hazırda oxunan: Kazanda müsəlman filmləri festivalı açıldı
Hazırda oxunan: Kazanda müsəlman filmləri festivalı açıldı
35766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.