Həkimlər üçün gözlənilməz sürpriz – Xəstənin mədəsində telefon tapıldı - FOTO

Hazırda oxunan: Həkimlər üçün gözlənilməz sürpriz – Xəstənin mədəsində telefon tapıldı - FOTO

35668

Kosovanın paytaxtı Priştinada qəribə tibbi əməliyyat baş tutub.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, cərrahlar 33 yaşlı kişinin mədəsindən "Nokia 3310” markalı mobil telefon çıxarıblar.

Baş cərrah Skender Telyaju uğurla baş tutduğunu bildirib.

Onun sözlərinə görə, telefondakı ən təhlükəli predmet batareyadır. Belə ki, oradan qaynaqlanan kimyəvi maddələr insanın səhhəti üçün ciddi problemlər yarada bilər.

Qeyd edək ki, mobil telefon 4 gün xəstənin mədəsində qalıb. Kəskin ağrıladan sonra kişi həkimə müraciət edib. Onun hansı şəraitdə mobil cihazı udduğu isə hələlik məlum deyil. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin