Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.
Bizim.Media xəbər verir bu barədə Müdafiə Nazirliyindən məlumat vrilib.
Mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən "Mədəniyyət Ordusu" müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.
Tədbir atəşfəşanlıqla sona çatıb.
Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak edib.
Bizim.Media