Bolqar jurnalist Qarabağdan yazdı - FOTO

Hazırda oxunan: Bolqar jurnalist Qarabağdan yazdı - FOTO

35560

Bolqarıstanın nüfuzlu “24 Chasa” qəzetində bu ölkənin Milli Televiziyasının aparıcısı, tanınmış jurnalist Georgi Milkovun “Qarabağ – Qafqazın “qara” bağı minalardan və keçmişindən təmizlənir” sərlövhəli geniş məqaləsi dərc olunub. 

Bizim.Media xəbər verir ki, məqalədə Qarabağın bir zaman çiçəklənən şəhərlərinin, o cümlədən Azərbaycanın rəmzi hesab olunan Şuşanın erməni işğalı nəticəsində viran edildiyi, bu ərazilərdə ermənilər tərəfindən külli miqdarda minanın basdırıldığı vurğulanır. 

G.Milkov 44 günlük döyüşlər zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərində heç bir hərbi infrastrukturun mövcud olmadığı ərazilərə Ermənistan tərəfindən xaincəsinə müxtəlif tipli raket zərbələrinin endirilməsi nəticəsində 26 yerli sakinin öldürüldüyünü, 130 nəfərin yaralandığını və çoxlu sayda mülki obyektin dağıdıldığını diqqətə çatdırır. 

Qeyd olunur ki, aparılan işlər bölgədə davamlı sülhün və inkişafın əsasını təşkil edir.

Bu xüsusda, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının regionun bütün dövlətləri üçün faydalı olacağı vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin