ABŞ Pakistana 1,6 milyard dollarlıq hərbi və iqtisadi yardım ayıracaq

Hazırda oxunan: ABŞ Pakistana 1,6 milyard dollarlıq hərbi və iqtisadi yardım ayıracaq

35444

ABŞ Pakistana 1,6 milyard dollardan çox hərbi və iqtisadi yardım ayırmağı planlaşdırır. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

"Assoşieyted Press" agentliyi xəbər verir ki, yardımın həcminin artırılması iki ölkə arasında münasibətlərin yaxşılaşması ilə əlaqədardır.

Xatırladaq ki, ABŞ-Pakistan münasibətləri Birləşmiş Ştatların respublika ərazisində keçirdiyi antiterror əməliyyatları zamanı pakistanlı əsgərlərin həlak olması və amerikalı xüsusi təyinatlılar tərəfindən Pakistanda yerli hakimiyyətlə razılaşdırmadan "əl-Qaidə" lideri Üsamə bin Ladenin məhv edilməsi ilə əlaqədar pisləşmişdi. Nəticədə ABŞ Pakistanda bir sıra yardım proqramlarına maliyyə dəstəyini dayandırmışdı.

Qeyd edək ki, oktyabrın 23-də Ağ evdə ABŞ Prezidenti Barak Obama ilə Pakistanın Baş naziri Nəvaz Şərifin görüşəcəyi gözlənilir.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin