Abdullah Gül: "BMT TŞ öz təsirini və gücünü itirir"

Hazırda oxunan: Abdullah Gül: "BMT TŞ öz təsirini və gücünü itirir"

35411

BMT Təhlükəsizlik Şurası (TŞ) insanların düşüncəsində öz təsirini və gücünü itirir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Prezidentin sözlərinə görə, Səudiyyə Ərəbistanının BMT TŞ-dəki yerdən imtina etməsi doğru qərardır və daimi üzvlər bu barədə düşünməlidirlər.

Cümə axşamı tarixi ərzində ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Səudiyyə Ərəbistanı "ikili standartlar" siyasəti və əsas beynəlxalq problemlərin həll olunmasında TŞ-nin işinin səmərəsizliyi səbəbindən qurumdakı yerindən imtina edib. Bu barədə Səudiyyə Ərəbistanı XİN-in yaydığı bəyanatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin