Türkiyənin pop ulduzu Ajda Pekkan son görünüşü ilə yenə illərə meydan oxuyub.
Bizim.Media xəbər verir ki, İstanbul konsertindən "Instagram"da paylaşdığı görüntülər izləyicilərini yenə çaş-baş salıb.
75 yaşlı müğənninin xarici görünüşü onun yenidən plastik əməliyyat etdirməsi fikirlərini ortalığa atıb. Bəzi izləyicilər isə müğənninin konsertdən görüntülərinin "Photoshop" olduğunu yazıblar.
Fiziki görünüşünə görə yaşından çox-çox cavan görünən Pekkanın bundan əvvəlki paylaşımlarına da reaksiyalar eyni olub.
Bizim.Media