İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Rainews24” informasiya yayıb.
Bildirlir ki, siyasətçi Milanda “San-Raffael” xəstəxanasında tibbi müayinədən keçir. Buna səbəb isə Berluskoninin bir müddət əvvəl koronavirusa yoluxması olub.
Belə ki, koronavirus İtaliyanın keçmiş Baş nazirinə əlavə təsirlərsiz ötüşməyib.
Qeyd edək ki, 84 yaşlı Berluskoni avqustun 26-sı elə həmin xəstəxanaya yerləşdirilib və bir sıra müayinələrdən keçdikdən bir gün sonra buraxılıb.
Bizim.Media