Əfqanıstanda ABŞ üçün ən uzun müddət davam edən müharibə başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi açıqlama yayıb.
“Bu belədir. Əfqanıstanda amerikalı əsgər yoxdur, hərbi missiya, müharibənin özü başa çatdı”, - deyə o bildirib.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanı son tərk edən ABŞ hərbçisinin FOTOSU yayıldı
Kirbi qeyd edib ki, Əfqanıstanda qalan amerikalıların təxliyyəsi vəzifəsini ordunun üzərinə götürəcəyini düşünmür.
Qeyd edək ki, ABŞ avqustun 30-da vətəndaşların və Əfqanıstandakı bütün hərbi missiyasının təxliyyəsini başa çatdırıb.
Bizim.Media