"Instagram" bu istifadəçilərinə QADAĞA qoyacaq - SƏBƏB

Hazırda oxunan: "Instagram" bu istifadəçilərinə QADAĞA qoyacaq - SƏBƏB

34932

"Instagram" sosial şəbəkəsinin istifadəçiləri doğum tarixlərini göstərmələrini tələb edən mesajlar alacaqlar.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Instagram"ın sahibi olan "Facebook" şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, şirkət gələcəkdə doğum günü göstərilmədən "Instagram"dan istifadəni qadağan edəcək və süni intellekt alqoritmlərindən istifadə edərək məlumatların düzgünlüyünü yoxlayacaq. "Instagram"ın nümayəndələri bildirib ki, sözügedən tələb reklamların daha yaxşı fərdiləşdirilməsinə və uşaqları qoruyacaq funksiyalar yaratmağa imkan verəcək.
 

"Bildirişi bir neçə dəfə göndərəcəyik. Əgər müəyyən bir vaxtda doğum gününüzü qeyd etməsəniz, "Instagram"dan istifadə etmək üçün bunu etməli olacaqsınız", - "Facebook"un məlumatında deyilir.


Xatırladaq ki, hazırda "Instagram"da təhlükəsizlik səbəbindən 16 yaşdan kiçik olan istifadəçilərin yeni hesabları avtomatik olaraq bağlanır.

Bundan başqa, sosial şəbəkə böyüklərin 18 yaşınadək istifadəçilərə şəxsi mesaj göndərmələrinə icazə vermir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin