ABŞ Silahlı Qüvvələrinin bazar günü Əfqanıstanın paytaxtına endirdiyi raket zərbəsinin qurbanlarının sayı 12 -yə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi Əl -Cəzirə telekanalına istinadən məlumat yayıb.
Daha əvvəl 9 nəfərin öldüyü və 4 nəfərin yaralandığı bildirilmişdi. Qeyd edildiyi kimi, yeddi qurban iki ilə on yaş arası uşaqlardır. Qurbanların çoxu eyni ailənin üzvləridir.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü Uilyam Urban deyib ki, ABŞ ordusu Kabildəki hava hücumunda mülki şəxslərin ölümü ilə bağlı xəbərləri yoxlayır və ekstremist təşkilatın bir qolu olan “Xorasanda İslam Dövləti”nin təhlükəsinin ortadan qaldırıldığını israr edir.
Əfqanıstan mətbuatının yazdığına görə, hücum iki avtomobili və bir yaşayış binasını qismən dağıdıb. Hadisə hava limanının uçuş-enmə zolağına bitişik olan Hacı Buqra rayonunda baş verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:31 / 30.08.2021
ABŞ-ın Kabilə zərbəsi zamanı ölən dinc sakinlərin sayı 12-yə çatdı
Hazırda oxunan: ABŞ-ın Kabilə zərbəsi zamanı ölən dinc sakinlərin sayı 12-yə çatdı
Hazırda oxunan: ABŞ-ın Kabilə zərbəsi zamanı ölən dinc sakinlərin sayı 12-yə çatdı
34800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.