Bayrağı təhqir edənlər məhkəməyə verildi

Hazırda oxunan: Bayrağı təhqir edənlər məhkəməyə verildi

34779
Rusiyanın Çelyabinsk bölgəsində bayrağa bürünüb rəqs edən 3 qız haqqında “dövlət atributunu təhqir” ittihamı irəli sürülüb. Moderator.az-ın  Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Çelyabinskdeki "Ural Dawn" adlı bir oteldə əllərində qırmızı boks əlcəyi və sadəcə mavi şort olan çılpaq rəqs edən qızların sinəsini bayraqla örtməsi bayrağa hörmətsizlik kimi qarşılanıb. 

Çelyabinsk İstintaq Komitəsində 3 rəqqasə qız haqqında bir il həbs tələbi ilə məhkəmə prosesi başlayıb. Rəqsi quran xareoqraf isə özlərini müdafiə edərək bunu təhqir yox “Vətənpərvərlik” adlandırıb. Rəqsin "Rusiya” adlı vətənpərvər bir mahnı səslənərkən edilməsini də buna sübut kimi göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin