Türkiyənin Kabildəki səfirliyi müvəqqəti təxliyədən sonra Kabilə qayıdıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Talibandan Kabil sakinlərinə ÇAĞIRIŞ
“Bir gün əvvəl səfirlik işçiləri öz binamıza qayıdıb və fəaliyyətlərini buradan davam etdirirlər. Hazırkı planımız diplomatik mövcudluğu bu şəkildə davam etdirməkdir.
Təhlükəsizliklə əlaqədar olaraq alternativ planlarımızı hər ehtimala qarşı hazır saxlayırıq. İşçilərimizin təhlükəsizliyi bizim prioritetimizdir", - Ərdoğan əlavə edib.
Bizim.Media