Roma Papası Fransisk Əfqanıstanın paytaxtı Kabilin hava limanında ölən insanlar üçün dua edib.
Bizim.Media xəbər verir ki, o, baş verən terror hadisəsi ilə əlaqədar başsağlığı verib və Əfqanıstandakı vəziyyəti çox narahatlıqla izlədiyini söyləyib:
MÖVZU İLƏ BAĞLI:
Fransisk Roma Papalığından gedəcək? – DETALLAR
“Hücumlarda ölənlər üçün dua edirəm. Əziyyət çəkən insanlara, kömək edən hər kəsə təşəkkür edirəm. Sağlam gələcək naminə barışmaq üçün çalışmağı xahiş edirəm", - deyə papa əlavə edib.
Xatırladaq ki, avqustun 26-da Kabildə baş verən partlayışlar zamanı 13-ü ABŞ əsgəri olmaqla 170 nəfər həyatını itirib.
Bizim.Media