Deputat prezidentə qumarbaz dedi -"70 milyon uduzmusan"

Hazırda oxunan: Deputat prezidentə qumarbaz dedi -"70 milyon uduzmusan"

34699
Ermənistan prezidenti Serj Sərkisyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edərkən ona Dağlıq Qarabağ, Gömrük İttifaqı kimi məsələlər barədə suallar ünvanlanıb. Ermənistanın öz deputatı isə Serj Sərkisyanı qumar oynamaqda ittiham edib.

Moderator.az ”BBC Azərbaycanca”ya istinadən bildirir ki, Ermənistan parlamentinin nümayəndəsi, AŞPA üzvü xanım Postanjyan onu Ermənistan xalqının səslərini oğurlayaraq prezident seçilməkdə ittiham edib.

"Ona görə də siz erməni xalqının iradəsini və hakimiyyətini təmsil edə bilməzsiniz", deyə depitat qeyd edib.

O həmçinin Sərkisyanı qumar oynamaqda ittiham edib.

"Sən (kazinoda) 70 milyon avro uduzmusan. Uduzduğun pulları kim ödəyib", deyə sual edib.

Serj Sərkisyan xanım Postanjyana deyib ki, onun təmsil edən partiyanın namizədini seçkilərdə qalib gəlmək üçün kifayət qədər keyfiyyətləri olmayıb.

O həmçinin Avropada heç bir kazinoya getmədiyini deyib. "Mən kazinolarda qumar oynamıram", president deyib.

"Təəssüf ki, mənim 70 milyon avrom yoxdu. Olsaydı, mən onun bir hissəsini sizə verərdim, siz də həyatınızda xoşbəxt olardınız və içinizdə belə pislik gəzdirməzdiz", Ermənistan prezidenti bildirib.

Ermənistan bu ilin may ayından Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Ermənistanın sədrliyi noyabra qədər davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin