Küveytin İraq sərhədinə katyuşa tipli raket düşüb.
Bizim.Media “Qlobal Haber”ə istinadən xəbər verir ki, bu barədə Küveyt Baş Qərargahı açıqlayıb.
Baş Qərargahın sosial media hesabında edilən şərhinə görə, Küveyt ordusu və Daxili İşlər Nazirliyinin bölmələri İraq sərhəd bölgəsində araşdırma aparıb.
MÖVZU İLƏ BAĞLI:
İraqda ABŞ-ın hərbi karvanına hücum oldu
Bu zaman katyuşa tipli raketin sərhəd bölgəsinə düşdüyü məlum olub. Raketdən xəsarət alan olmayıb. Sərhəddə vəziyyətin normal olduğu bildirilib.
Küveytin Baş Qərargah rəisləri ABŞ bazasının yaxınlığını hədəf alan üç raketin dünən səhər saatlarında Küveytin hava sahəsini keçdiyinə dair mətbuatda yayılan xəbərlərin doğru olmadığını açıqlayıb.
Qeyd edək ki, son vaxtlar ABŞ və beynəlxalq koalisiyanın İraqdakı hədəflərinə naməlum şəxslər tərəfindən hücumlar edilir. Hücumların arxasında İrana yaxın şiə qruplarının dayandığı iddia edilir.
Bizim.Media