Özbəkistanın “kultura.uz” portalında Şuşa şəhəri haqqında rus dilində “Şuşa-abidələr şəhəri” sərlövhəli material yerləşdirilib.
Bizim.Media xəbər verir ki, yazıda şəhərin təməlinin 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu və ilk vaxtlarda şəhərin Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırıldığı qeyd edilir.
Məqalədə vurğulanır ki, Şuşa şəhəri 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən işğala məruz qalıb, 2020-ci il noyabrın 8-də rəşadətli ordumuzun əsgər və zabitləri tərəfindən azad edilib.
MÖVZU İLƏ BAĞLI:
Çin Qarabağla bağlı film çəkəcək – Çəkiliş qrupu Şuşadadır
Yazıda Şuşa şəhərinin tarixi, qədim abidələri, zəyarətgahları, hər birinin məscidi, bulağı, hamamı olan 17 məhəlləsi, tanınmış şəxsiyyətləri, o cümlədən xanəndələri haqqında məlumat verilir.
Qeyd edilir ki, Şuşanın işğalına qədər şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili var idi və düşmən bu abidələrin əksəriyyətini dağıdıb.
Bildirilir ki, Şuşa zəbt edilərkən 195 adam şəhid, 102 nəfər əlil olub, 165 adam itkin düşüb. Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilib.
Bizim.Media