Akademiyanın üzvü Georgi Trapeznikov bildirib ki, Putin bir çox çətin problemlərin həll edilməsində vacib rol oynayıb: “Biz bilirik ki, Putin Rusiyanın ən qaynar nöqtələrində necə böyük sülhməramlı rol oynayıb. Xüsusən də Beslanda, Cənubi Osetiyada baş verən hadisələr buna misaldır”.
Dövlət Dumasının deputatı, SSRİ-nin xalq artisti İosif Kobzon da Vladimir Putinin sülh nominasiyası üzrə Nobel mükafatına təqdim olunması imkanının olduğunu söyləyib: “Bu mükafat Suriyaya hərbi müdaxiləyə hazırlaşan Barak Obamaya da verilib. Amma Rusiya lideri Suriyada müharibəni dayandırmağa çalışır və bu mükafatı almağa daha çox layiqdir”.
Bununla bağlı məsələyə öz növbəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov da münasibət bildirib. O, bildirib ki, prezident adminstrasiyası bununla bağlı məsələni müzakirə etmir.
Xatırladaq ki, Nobel Sülh Mükafatı İsveç sənayeçi və ixtiraçısı Alfred Nobel tərəfindən təsis edilən beş mükafatdan biridir. Mükafat dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
































































































