Qazaxıstanda hərbi hissədə başlayan yanğın söndürüldü

Hazırda oxunan: Qazaxıstanda hərbi hissədə başlayan yanğın söndürüldü

34611

Xilasedicilər Qazaxıstanın cənubundakı hərbi hissənin anbarlarında yanğını söndürüblər.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Əhalinin 100% təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür... Yanğınların hamısı söndürülüb”, - deyə Qazaxıstan Müdafiə naziri Nurlan Yermekbayev bildirib.

Eyni zamanda nazilikdən bildirilib ki, bazaya yaxın bir neçə ev istisna olmaqla, əvvəllər təxliyə edilən bütün sakinlər evlərinə qayıdıblar.

Xatırladaq ki, Qazaxıstanda hərbi hissədə partlayışdan sonra baş verən yanğın səbəbindən 13 nəfər ölüb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 29 avqustu milli matəm günü elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin