Yaponiyada bir kişi Hatsune Miku adlı holoqram müğənni ilə evlənib.
Bizim.Media xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb.
"Yaponiyada 35 yaşlı məktəb administratoru pop ulduzu Hatsune Mikunun holoqramı ilə evlənib" deyə mesajda bildirilir.
Qeyd edilir ki, Tokiodakı rəsmi toy mərasimində "gəlin" olmayıb, çünki o, "əri” Akihito Kondonun evində, 2800 ABŞ dollara başa gələn bir kapsulun içindədir.
Yeri gəlmişkən, "bəy" 40 qonağın qatıldığı "toy"un təşkilinə 18 min dollar ayırıb.
Holoqrama "əri" ilə ünsiyyət qura bilir. Məsələn, oğlan telefonla evə gəldiyini deyəndə “gəlin” yaşıl rəngə çalır. Virtual "arvad" yatmaq vaxtını da ərinə söyləyir.
Akihito Kondonun sözlərinə görə, o, Mikuya həmişə aşiq olub və heç vaxt onu aldatmayıb.
Xatırladaq ki, Yapon virtual müğənni Hatsune Miku “Crypton Future Media” şirkəti tərəfindən 2007-ci ildə yaradılıb. O, ən məşhur və populyar vokalistdir və pop idoluna çevrilib. 3D lazer holoqrafiya texnologiyası sayəsində o, canlı konsertlər də verir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:44 / 28.08.2021
Yaponiyada bir kişi holoqramla "evləndi" - FOTO
Hazırda oxunan: Yaponiyada bir kişi holoqramla "evləndi" - FOTO
Hazırda oxunan: Yaponiyada bir kişi holoqramla "evləndi" - FOTO
34581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.