ABŞ-da dövlət katibi postuna olan namizəd Ukrayna əsillidir

Hazırda oxunan: ABŞ-da dövlət katibi postuna olan namizəd Ukrayna əsillidir

3454

Entoni Blinken 1963-cü ildə Nyu-York şəhərində doğulub, Paris kollecinin məzunudur. Harvard Hüquq Fakültəsini və ABŞ elitasının təhsil ocağı sayılan Kolumbiya Universitetini bitirib.

ABŞ mediası Blinkeni "diplomatiya veteranı" adlandırır. 

Obama administrasiyasına gəlməzdən əvvəl Blinken, o zaman Xarici Əlaqələr Komitəsinin rəhbəri olan senator Baydenin köməkçisi vəzifəsində çalışıb.

Klinton rəhbərliyi dövründə Blinken Milli Təhlükəsizlik Şurasında mütəxəssis, Prezidentin Xüsusi köməkçisi, Avropa Məsələləri və daha sonra Strateji Planlaşdırma üzrə baş direktor vəzifələrini icra edib. Blinken prezident Bill Klintonun xarici siyasət üzrə çıxışlarının müəllifi idi.

Obama administrasiyasından ayrıldıqdan sonra Blinken, “New York Times” qəzetində "ideya müəllifi" və CNN-də "qlobal məsələlər üzrə analitik" vəzifələrində çalışıb.

2002-ci ildə Blinken, Hillari Klintonun “birinci xanım” olduğu dövrlərdə onun köməkçisi olmuş Evan Ryan ilə evlənib. 18 il evil olan cütlüyün övladları yoxdur.

Blinken yeni seçilmiş prezident Baydenlə 20 ildir ki, sıx münasibətdədir. Göründüyü kimi, o, Baydenə və həyat yoldaşı vasitəsilə ilə Hillari Klintona yaxın olan şəxsdir.

Bayden 2013-cü ildə çıxışı zamanı Blinken haqqında bu sözləri deyib:

“Tony Blinken bir superulduzdur və bu mübaliğə deyil. Prezident Obama mənimlə dörd il çalışdıqdan sonra bunu etiraf edib və Blinkeni məndən “oğurlayıb”. Blinken istənilən işin öhdəsindən gələ bilir".

“Wall Street Journal” nəşri Blinkeni "xarici siyasətin mərkəzi" olaraq qiymətləndirib. Blinkenin interversionist siyasətin (müdaxilə siyasəti) tərəfdarı kimi tanınır. Ancaq eyni zamanda o, Rusiya ilə isti münasibətlərin qurulmasının tərəfdarıdır.

İsrail mətbuatında isə Blinkenin etnik bir yəhudi və holokostdan (yəhudi millətinin 2-ci Dünya müharibəsi illərində faşist rejimi tərəfindən kütləvi surətdə məhv edilməsi) qurtulan ailənin övladı olması barədə qeyd olunur.

İsrailin Vaşinqtondakı keçmiş səfiri Maykl Oren Blinkenin gələcək dövlət katibi olması xəbərini məmnuyyətlə qarşıladığını və onun "İsrailin əsl dostu" olduğunu bildirib. Blinken isə öz növbəsində “Times of Israel”ə verdiyi son müsahibəsində Bayden rəhbərliyinin İsrailin təhlükəsizliyinə bağlılığını vurğulayıb. Buna görə də o, hökümətin İsrailin hərbi üstünlüyü çərçivəsində BƏƏ-yə böyük silah sövdələşməsinin yenidən müzakirə edə biləcəyini söyləyib.

Bundan başqa Blinken ABŞ-ın Ukrayna siyasətində anti-Rusiya sanksiyalarının alovlu tərəfdarı kimi tanınıb. Bunu həm də onun babasının Ukrayna doğumlu yəhudi olması ilə əlaqələndirilər.

“New York Times” nəşri Blinkenin gələcək milli təhlükəsizlik müşaviri Sallivanla da yaxın dost olduğunu yazıb.

Vüsalə Balayeva. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin