Fransa erməni lobbisini məyus etdi

Hazırda oxunan: Fransa erməni lobbisini məyus etdi

34538

Lyon Apellyasiya Məhkəməsi Şuşanın Azərbaycanın şəhəri olduğunu bir daha təsdiqləyərək, erməni lobbisini məyus edib.

Bizim.Media Azərtaca istinadən xəbər verir ki, Lyon Apellyasiya Məhkəməsi 2015-ci ildə erməni lobbisinin təhriki ilə əhalisinin əksəriyyəti erməni mənşəli fransızlar olan Sənt-Etyen, Burq-le-Valans, Desin-Şarpyö şəhərlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və Xocavənd şəhərləri ilə qanunsuz imzalanmış əməkdaşlıq xartiyasına son qoyub.

Artıq bir neçə ildir mübahisəli olan məhkəmə işi başa çatıb.

Ermənilər əməkdaşlıq xartiyasının saxlanmasına çalışsalar da, Apellyasiya Məhkəməsi imzalanmış sənədin qeyri-qanuni olduğunu qətiyyətlə bildirib və əməkdaşlıq sənədini ləğv edib. Həmçinin, ermənilər məhkəmə xərclərini də ödəməli olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin