İnsanlar yoxa çıxsa, şəhərlərin aqibəti necə olacaq? - FOTO

Hazırda oxunan: İnsanlar yoxa çıxsa, şəhərlərin aqibəti necə olacaq? - FOTO

34491

Karantin dövründə sosial şəbəkələr karantin səbəbiylə boş qalan şəhərlərin fotoşəkillərini tirajlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “trends.rbc.ru” saytında yerləşdirilib.

Mənbə istifadəçilərinə belə suallar ünvanlayıb:

“Bəs insanlar həqiqətən yoxa çıxsa, şəhərlərin aqibəti necə olacaq? Bu barədə düşünmək niyə vacibdir?”.

COVID-19-un ilk dalğası bütün dünyanı bürüyəndə və onlarla ölkə karantin elan edəndə mediada və bloqlarda demək olar ki, apokaliptik görüntülər yayımlanıb: boş küçələr, mərkəzi meydanlar, muzeylər və attraksionlar. Maral meşə yolları boyunca sərbəst gəzəcək, dələ şəhərlərə qayıdacaq, delfinlər Venesiya Böyük Kanalında görünəcək.

Koronavirus pandemiyasının sona çatması qaçılmaz olacaq, ancaq insanları olmayan şəhərlərin gələcəyi indidən sual doğurur.
 

Avstraliyalı viroloq Frank Fenner önümüzdəki əsrə qədər insanların iqlim dəyişikliyi və çoxalması nəticəsində Yer üzündən yox olacağını proqnozlaşdırıb. Jurnalist Devid Uolles-Uells "Ərazi olmayan torpaq. Qlobal istiləşmədən sonrakı həyat” kitabında oxşar nəticəyə gəlib.


Qlobal istiliyin yüksəlməsi iki-üç dərəcə Selsi ilə dayansa belə 2100-cü ilə qədər Ekvator ətrafındakı ərazilər insansız qalacaq, Sankt -Peterburq, Nyu-York və Amsterdam kimi şəhərlər sel təhlükəsi ilə üzləşəcək.

Bizim.Media



 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by РБК (@rbc_ru)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin