2020-ci ilin oktyabrında Ukrayna polis rəisi İqor Klimenko müsahibələrinin birində bildirib ki, fahişəliyi leqallaşdırmağın vaxtıdır.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Klimenko bunu problemdən qurtulmağın mümkünsüz olması və dövlətin nəzarətinə götürülməsinin vacibliyi ilə əlaqələndirib.
MÖVZU İLƏ BAĞLI:
"Hitlerin xəzinələri" haqqında yeni məlumatlar var - Görün hansı ölkədə tapıldı - FOTO
Hitlerin fahişəlik siyasəti...
Almaniyada milli sosialistlər hakimiyyətə gələndə fahişəliyə müharibə elan etdilər. İntim xidmət göstərənlər həbs də olunurdu. Nasistlərin fikrincə, pulla sevgi ailəli kişiləri həyat yoldaşı olan xanımlardan soyudur və bu da doğumların sayının artmasına mane olurdu. Üçüncü Reyxdə doğuşları artırmaq üçün müxtəlif sosial bonuslardan istifadə edilirdi. 1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum edir və 8 gün sonra daxili işlər naziri Vilhem Frik işğal olunan ərazilərdə əxlaqsızlıq yuvalarının açılması ilə bağlı göstəriş verir.
Nəticədə II Dünya Savaşından sonra Avropada cinsi xəstəliklər tüğyan edirdi. Səbəb isə hərbi xidmətdən evinə qayıdan əsgərlər olub.
Nasistlər ilk dünya müharibəsini nəzərə alaraq fahişəliyi kontrola götürdülər və fahişələrin hamısı dövlət qulluqçusu sayılırdı. Pritonlar Əsgər və zabit kateqoriyalarına bölünürdü. Əsgər əxlaqsızlıq yuvalarındakı bir qadın sutkada 100 hərbçiyə, zabit pritonlarındakı bir fahişə isə 50 kişiyə intim xidmət göstərməliydi. 20 pilot və 50 əcnəbiyə xidmət göstərən əxlaqsızlıq yuvaları da olub.
1942-ci ilin iyununda konslagerdə əsir saxlanılanlar üçün ilk priton açılıb. Avstriyanın şimalında Mauthauzen düşərgəsində açılan əxlaqsızlıq yuvasının məqsədi kölələri qazıntılarda fəal işləmək üçün stimullaşdırmaq idi.
Himmlerin planı alınmadı və seks müqabilində çalışanlar daha çox qranit əldə etmədilər. Buna baxmayaraq, almanlar Auşvits və Buhenvaldedə də priton açdılar.
Bizim.Media